Müəllif:Ayşən İmanova/Banco.az
Qlobal çip satışları noyabrda ötən ilin eyni ayı ilə müqayisədə 20,7% artaraq 57,8 milyard dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) press-relizində deyilir.
Bildirilir ki, sözügedən müddətdə Şimali və Cənubi Amerikada satışlar illik 54,9%, Çində - 12,1%, Yaponiyada - 7,4%, Asiya-Sakit okean və digər regionlarda - 10% artıb. Eyni zamanda, Avropada 5,7% azalma qeydə alınıb.
Qeyd edək ki, SIA yarımkeçirici sənayesinin Amerika nümayəndələrinin təxminən 99%-ni və digər ölkələrin çip istehsalçılarının təxminən 66%-ni birləşdirir.