FED ilin ilk faiz qərarını nə zaman açıqlayacaq? | Banco.az

FED ilin ilk faiz qərarını nə zaman açıqlayacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sisteminin (FED) yanvar ayı faiz qərarı tarixi ilin ilk faiz qərarını gözləyən investorlar tərəfindən maraqlan izlənilir.

Banco.az  xəbər verir ki, hər ay ABŞ Mərkəzi Bankı tərəfindən elan edilən Pul və Kredit Komitəsi (PKK) faiz qərarları öncəsi olduğu kimi investorlar öz sərmayələrini yenə də etibarlı limanlara yönəltməyə başlayıb. 

Bəs yanvar ayı üçün FED faiz qərarı nə vaxt açıqlanacaq?

ABŞ Mərkəzi Bankının (FED) 2025-ci ilin yanvar ayı üçün faiz qərarı iclasının təqvimi artıq bəllidir.

Buna görə, ilin ilk FED faiz qərarı iclası 2025-ci il yanvarın 29-u, çərşənbə günü keçiriləcək və yanvar ayı faiz qərarı axşam saat 23:00-da açıqlanacaq.

ABŞ Mərkəzi Bankının (FED) rəsmiləri əhəmiyyətli iqtisadi qeyri-müəyyənliklər və potensial inflyasiya təzyiqlərinə işarə edərək, pul siyasəti qərarları qəbul edilərkən ehtiyatlı olmağın vacibliyini bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

FED rəsmiləri ölkənin pul siyasəti və iqtisadi göstəricilərini qiymətləndirdikləri müxtəlif tədbirlərdə bəyanatları ilə istiqamət verməyə davam edirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram