“Upsell” və “cross-sell” yanaşması nədir? | Banco.az

“Upsell” və “cross-sell” yanaşması nədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Satış strategiyaları müasir biznesin əsas təməl daşıdır. Müştəriləri daha çox məhsul və ya xidmət almağa həvəsləndirən üsullar, düzgün tətbiq edildikdə şirkətlərin gəlirlərini əhəmiyyətli dərəcədə artırmağa kömək edir.

Banco.az xəbər verir bu strategiyalar arasında "upsell" və "cross-sell" yanaşmaları xüsusi yer tutur.

“Upsell” strategiyası müştərilərə daha bahalı və ya daha keyfiyyətli məhsul təklif etməklə onları mövcud seçimlərini yeniləməyə təşviq edir. Digər tərəfdən, “cross-sell” strategiyası isə müştərilərə seçdikləri məhsula uyğun tamamlayıcı məhsullar təklif etməklə alış-veriş təcrübəsini zənginləşdirir. Bu iki yanaşma düzgün istifadə edildikdə şirkətlərə həm müştəri məmnuniyyətini artırmaq, həm də əlavə gəlir əldə etmək imkanı yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Lakin bu strategiyaların tətbiqi zamanı edilən səhvlər əks təsir göstərə bilər.

 Müştərilərin ehtiyaclarını düzgün anlamadan edilən təkliflər, onların alış prosesindən narazı qalmasına və hətta müştəri itkilərinə səbəb ola bilər. Buna görə də “upsell” və “cross-selling” strategiyalarının necə effektiv və müştəri mərkəzli şəkildə həyata keçirilməli olduğunu anlamaq vacibdir.

“Cross-sell” müştəriyə maraqlandığı məhsulla əlaqəli tamamlayıcı məhsul təklif etməkdir. Trendyol bu strategiyanı yaxşı tətbiq edir. Şalvar seçdiyiniz zaman ona uyğun köynək və ayaqqabılar təklif olunur.

“Upsell” isə daha keyfiyyətli və ya bahalı məhsul təklif etməkdir. Apple saytında iPhone seçən müştəriyə daha böyük yaddaş tutumu və ya aksesuarlar təqdim edərək bu yanaşmanı uğurla tətbiq edir.