Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Hər kəs peşəkar işə qəbulun incəliklərindən danışır, lakin peşəkar işdən çıxmaq mövzusu tez-tez diqqətdən kənarda qalır. Halbuki, düzgün planlanmış bir ayrılıq həm şəxsi karyeranız, həm də keçmiş iş yerinizlə əlaqələriniz üçün müsbət nəticələr verə bilər.
Banco.az xəbər verir ki, HR mütəxəssisi Asim Həsənov işdən çıxmğın incəlikləri barədə fikirlərini bölüşüb. O bildirib ki, işdən çıxmaq qərarı vermədən öncə bütün alternativləri nəzərdən keçirmək lazımdır.
“Yaxşı olardı, yeni iş təklifləri, maliyyə ehtiyatları və gələcək planlar qiymətləndirilsin. İstefa ərizəsi hazırlayarkən nəzakətli və konkret olmaq lazımdır. Əmək Məcəlləsinə və ya iş müqaviləsinə uyğun olaraq işdən çıxma barədə əvvəlcədən xəbərdarlıq edin. İşdən ayrıldıqdan sonra həmkarlarınız və rəhbərliklə əlaqələri saxlayın. Bu, gələcəkdə dəyərli ola bilər. İşdən çıxmadan öncə CV-nizi yeniləyin, LinkedIn profilinizi optimallaşdırın və iş axtarışına başlayın.Əgər yeni bir işiniz yoxdursa, ən azı 3-6 aylıq ehtiyat büdcə hazırlamaq faydalı olacaq”.
Asim Həsənov qeyd edib ki, işdən çıxmaq heç də son deyil, bu, yeni bir başlanğıcdır:
“Ən əsası, ayrıldığınız yerdən peşəkar və müsbət bir iz buraxmaqdır. İşdən ayrılmaq qərarını ağıllı və planlı şəkildə həyata keçirmək gələcək uğurlarınıza aparan yolda əhəmiyyətli bir addım ola bilər”.