Bitkoinin qiyməti dekabrın 19-dan bəri ilk dəfə 100 min dolları keçib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bitkoinin qiyməti dekabrın 19-dan bəri ilk dəfə 100 min dolları keçib

Müəllif:Ayşən İmanova/Banco.az

Bitkoinin ticarət zamanı qiyməti dekabrın 19-dan bəri ilk dəfə olaraq 100 min dolları ötüb.

Banco.az xəbər verir ki, bunu “Binance” platformasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 18:52-yə olan məlumata görə, bitkoinin dəyəri 100,493 min dollar (+2,67%) təşkil edib.

Saat 18:54-də kriptovalyutanın qiyməti artımını əhəmiyyətli dərəcədə sürətləndirib və 101,160 min dollar (+3,39%) səviyyəsində ticarət edilib.

Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən “hasil oluna” bilər. Bunun üçün yeni sistem blokları yaradılmalıdır.