Avropa Ittifaqının USB-C qaydası başlayır | Banco.az

Avropa Ittifaqının USB-C qaydası başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqında (Aİ) sabahdan etibarən yeni smartfonlar, planşetlər və kameralar kimi elektron cihazlar üçün USB-C şarj portları məcburi olacaq.

Banco.az xəbər verir ki, tullantıları azaltmağı hədəfləyən və USB-C, Micro USB və Lightning kimi müxtəlif elektron cihazların fərqli şarj portlarını uyğunlaşdıracaq Aİ-nin vahid şarj qaydası dekabrın 28-dən etibarən qüvvəyə minəcək.

Yeni qaydaya əsasən, Aİ ölkələrində portativ elektron cihazlar üçün yeni standart şarj portu USB-C olacaq. Bu da o deməkdir ki, bütün yeni smartfonlar, planşetlər, rəqəmsal kameralar, qulaqlıqlar, portativ video oyun konsolları, dinamiklər və klaviaturalarda USB-C şarj portu olmalıdır.

Bundan əlavə, elektron cihazların sürətli şarj sistemləri də bir-birinə uyğun olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, USB-C qaydası 28 aprel 2026-cı ildən başlayaraq noutbuklara da şamil ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram