Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 dekabr tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 813.4 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 276.9 milyon manat (51.6%) çoxdur.
Xatırladaq ki, 2023-ci ilin yanvar-noyabr aylarında banklar 536.5 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 91 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!