İranda “WhatsApp” və “Google Play” blokdan çıxarılıb | Banco.az

İranda “WhatsApp” və “Google Play” blokdan çıxarılıb

Müəllif:Ayşən İmanova/Banco.az

İran hakimiyyəti ölkədə “WhatsApp” messencerinin və “Google Play” proqramlar mağazasının blokdan çıxarılması qərarını təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, qərar İnformasiya Təhlükəsizliyi üzrə Ali Şurada səs çoxluğu ilə təsdiq edilib. Bununla yanaşı, “Instagram”, “Facebook”, “X”, “YouTube”, “TikTok” və “Telegram”dan istifadə ölkədə hələ də qadağandır.

Xatırladaq ki, “WhatsApp” və “Google Play” İranda 2022-ci ilin sentyabrında etirazlardan sonra bloklanıb.