Tikinti sektoru bu halda inkişaf edə bilər - AÇIQLAMA | Banco.az

Tikinti sektoru bu halda inkişaf edə bilər - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin yanvar ayında tikinti materiallarının istehsalı 82.1 milyon manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34.5% artım deməkdir. Bu dövr ərzində sement istehsalı 251.6 min ton olmuş, prefabrik beton strukturların istehsalında 35%, hazır beton istehsalında isə 21.8% artım qeydə alınıb.

Mövzu barədə Banco.az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev qeyd edib ki, son 30 ildə Bakıda 2300-dən artıq çoxmənzilli yaşayış binası tikilib istifadəyə verilsə də, hazırda sektor bəzi çətinliklərlə üzləşir:

Ən sərfəli kredit üçün müraciət et

“Paytaxt ərazisində yeni binaların inşası üçün boş torpaq sahələrinin qalmaması əsas problemlərdən biridir. Qalan torpaq sahələrinin yüksək satış qiymətləri tikintinin maya dəyərini artırır və bu, mənzillərin baha qiymətlərlə satılmasına səbəb olur.
Tikinti şirkətləri, əsasən, istismar müddətini bitirmiş binaları sökərək yerində yenilərini tikirlər. Lakin bu proses zamanı vətəndaşlarla şirkətlər arasında mübahisələr yaranır, bəzən bu hallar məhkəmələrə qədər gedir və işlər illərlə yubana bilir. Qeyd olunan çətinliklər səbəbindən tikinti şirkətləri paytaxtda yeni pilot layihələr həyata keçirməkdə maraqlı deyillər”.

Elnur Fərzəliyev qeyd edib ki, tikinti sahəsində qanunvericilikdə dəyişikliklər baş verərsə, sektorun inkişafı yenidən sürətlənə bilər.