Rusiya Avropaya təbii qaz nəqlini artırıb | Banco.az

Rusiya Avropaya təbii qaz nəqlini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Avropaya təbii qaz nəqlini artırdıqlarını söyləyib.

Banco.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak Avropaya təbii qaz ixracının bu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20 faiz artaraq 50 milyard kubmetrə çatdığını bildirib.

Novak Rusiyanın “Rossiya-24” dövlət kanalına verdiyi açıqlamada təbii qazın ekoloji cəhətdən təmiz enerji mənbəyi olduğunu bildirib.

Novak Rusiya qazının logistika baxımından əlverişli mövqedə olduğuna da diqqət çəkib. Onun sözlərinə görə, Rusiya qazı həm də qiymət baxımından ən sərfəli mənbədir.

Novak bildirib ki, sanksiyalara baxmayaraq, Rusiya qazına böyük tələbat var. 

Ən sərfəli kredit üçün müraciət et

"Bu il Avropaya təbii qaz tədarükümüz təxminən 18-20 faiz artıb. Ümumilikdə, boru kəmərlərimiz və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükümüz bu ilin 11 ayında 50 milyard kubmetrə çatıb", nazir qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram