Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiyanın “Toyota Motor” şirkəti noyabrda qlobal avtomobil satışlarını illik müqayisədə 1,7% artıraraq 920,569 min ədədə çatdırıb ki, bu da noyabr ayı üçün rekord göstəricidir.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Avtomobil istehsalı keçən ay 6,2% azalaraq 869,23 min ədəd təşkil edib. Şirkətdən birdilib ki, bu rəqəm artıq 10-cu aydır ki, azalır.
Noyabrda digər ölkələrə 173,939 min avtomobil göndərilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 3,6% azdır.
Yanvar-noyabr ayları ərzində şirkət təxminən 9,254 milyon avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır. Ümumi istehsal təxminən 8,752 milyon ədəd və ya bir il əvvəlkindən 5,2% az, ixrac isə keçən illə müqayisədə 2,9% azalaraq təxminən 1,721 milyon ədəd təşkil edib.