Müəllif:Ayşən İmanova/Banco.az
Böyük Britaniyanın müdafiə xərcləri 2012-2022-ci illər arasında 14% artıb, lakin Londonun geosiyasi rəqibləri hərbi maliyyələşdirməni daha da artırıblar.
Banco.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, qeyd olunan dövrdə İran, Çin və Rusiyanın müdafiə xərcləri müvafiq olaraq 57%, 60% və 34% artıb.
Nəşrin qeyd etdiyi kimi, oktyabrda Böyük Britaniya Xəzinədarlığı gələn il üçün hərbi ehtiyaclara 56,9 milyard funt sterlinq (71,3 milyard dollar) ayrılmasını təsdiqləyib ki, bu da Rusiya Federasiyası üçün nəzərdə tutulan rəqəmin yarısıdır.
Böyük Britaniyanın Baş naziri Kir Starmer daha əvvəl bildirmişdi ki, London müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artırmaq niyyətindədir. Lakin o, bu məqsədə nə vaxta qədər çatmağın planlaşdırıldığını açıqlamayıb. Hazırda krallığın hərbi xərcləri təxminən 2,3% təşkil edir.