Ukrayna Böyük Britaniya və Yaponiyadan 1 milyard dollar alıb | Banco.az

Ukrayna Böyük Britaniya və Yaponiyadan 1 milyard dollar alıb

Müəllif:Ayşən İmanova/Banco.az

Ukrayna Dünya Bankının İnkişaf Siyasəti Krediti (DPL) çərçivəsində Böyük Britaniya və Yaponiyadan 1 milyard dollar alıb.

Banco.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz “Telegram” kanalında məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, vəsait Ukrayna iqtisadiyyatının gücləndirilməsinə və sosial və humanitar sahədə prioritet xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Bundan əvvəl Ukrayna icra hakimiyyətlərinin vahid portalında Dünya Bankının 2022-ci ilin fevralından Ukraynaya sosial və humanitar xərclər üçün 40 milyard dollardan çox vəsait cəlb etdiyi barədə məlumat yayılmışdı.