İsveçrə milyardlarla şəxsi vəsaiti dondurdu | Banco.az

İsveçrə milyardlarla şəxsi vəsaiti dondurdu

Müəllif:Ayşən İmanova/Banco.az

İsveçrə 2024-cü ilin avqust ayından etibarən Rusiyaya qarşı sanksiyalar çərçivəsində 7,9 milyard dollar şəxsi pulu dondurub.

Banco.az xəbər verir ki, bu barədə İsveçrənin iqtisadi məsələlər üzrə Dövlət Katibliyinin (SECO) kommunikasiya şöbəsinin rəhbəri Antye Berçi bildirib.  

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, 7,1 milyard İsveçrə frankı dəyərində maliyyə aktivləri, 17 daşınmaz əmlak, habelə məhdudiyyətlərə məruz qalan fiziki şəxslərə və təşkilatlara məxsus idman və lüks avtomobillər, sənət əsərləri, mebel və alətlər dondurulub.

Bundan əvvəl, dekabrın 23-də İsveçrə Aİ-nin Rusiya və Belarusa qarşı 15-ci məhdudiyyətlər paketinin bir hissəsi kimi tətbiq edilən genişləndirilmiş sanksiyalar siyahısına qoşulub.