Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ prezidenti Cozef Bayden ölkənin 2025-ci maliyyə ili üçün (oktyabrın 1-də başlayıb) müdafiə büdcəsini 895 milyard dollar həcmində təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Sənəddə qeyd olunub ki, “Prezident 2025-ci maliyyə ili üçün əsasən ABŞ Müdafiə Nazirliyinin proqramları və hərbi tikinti, ABŞ Energetika Nazirliyinin milli təhlükəsizlik sahəsindəki proqramları və kəşfiyyat sahəsindəki proqramlar üçün” ayrılmalar haqqında qanunu imzalayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 11-də, Senat isə dekabrın 18-də təsdiqləyib.