Müəllif: Tamara Mustafayeva, Banco.az
Bu birləşmə dünyanın üçüncü ən böyük avtomobil qrupunu yaradacaq.
Banco.az xəbər verir ki, Yaponiyanın 2 avtomobil istehsalçısı “Honda” və “Nissan” Tokioda birləşmə danışıqları ilə bağlı əsas müqavilə imzalayıblar.
“Honda” həmçinin 1,1 trilyon yen (7 milyard dollar) dəyərində səhmləri geri alacağını açıqlayıb.
Bildirilib ki, yeni qurumun yerləşdirilməsi üçün holdinq yaradılacaq və birləşmə 2026-cı ilin avqustunda başa çatacaq.
Bu birləşmə illik 7,4 milyon avtomobil istehsalı ilə “Toyota” və “Volkswagen”dən sonra avtomobil satışları baxımından dünyanın üçüncü ən böyük avtomobil qrupunu yaradacaq.
Qeyd edək ki, hər iki Yapon şirkəti qlobal avtomobil sənayesinin daxili yanma mühərrikli avtomobillərdən akkumulyatorla işləyən elektrik avtomobillərinə və hibrid avtomobillərə sürətli keçidindən müəyyən dərəcədə ekzistensial təhlükə ilə üz-üzə idi. “Nissa” üçün “Honda” ilə birləşmə ABŞ və Çindəki zəif satışlardan sonra gəlirin əsaslı şəkildə azalması, avtomobil istehsalçısını iş yerlərini və istehsal gücünü azaltmağa məcbur etməsi və illik mənfəət proqnozunu 70 faiz aşağı salması kimi addımlardan sonra lazım olan rahatlığı təmin edə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!