Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ prezidenti Cozef Bayden Tayvana 571 milyon dollarlıq hərbi yardımın ayrılmasına dair göstəriş verib.
Banco.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hərbi yardım göstərmək səlahiyyəti ABŞ dövlət katibi Entoni Blinkenə verilib.
“Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi mənə verilən səlahiyyətə əsasən, mən dövlət katibinə Müdafiə Nazirliyinin ehtiyatlarından Tayvana müdafiə məhsulları və xidmətləri, habelə hərbi təhsil və təlim üçün 571,3 milyon dolların ayrılmasına səlahiyyət verirəm”, - sərəncamda deyilir.