2024-cü ilin 11 ayında Azərbaycanda 22 minə yaxın işəgötürən tərəfindən 600 min vakansiya yerləşdirilib.
Bunu “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfransda çıxışı zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov deyib.
O bildirib ki, bu, təkcə işəgötürənlərlə iş axtaranları bir araya gətirmir, həm də bu istiqamətdə inkişaf tendensiyasını müəyyən etmək üçün datanın əldə edilməsinə imkan verir.
Hasil Abbasov həmçinin əlavə edib ki, bu il ərzində 144 əmək yarmarkası keçirilib və bu yarmarkalarda 2 min işəgötürən iştirak edib. Bu il həmçinin işğaldan azad edilmiş ərazilərdə 6 əmək yarmarkası keçirilib.
apa