Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-də "Starbucks" işçilərinin həmkarlar ittifaqı 20-24 dekabr tarixləri aralığında Los-Anceles, Çikaqo və Sietl şəhərlərində tətil edəcəklər.
Banco.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Həmkarlar ittifaqı üzvləri bildirib ki, tətil tezliklə bütün ABŞ-də “sahildən sahilə” yayılacaq. Tətil edənlər maaşlarının və işçi sayının artırılmasını, eləcə də daha rahat iş qrafiki tələb edirlər.
Təşkilatçılar qeyd edir ki, şirkət heç vaxt "ciddi iqtisadi təkliflər" irəli sürməyib və baristalara “gələcək illərdə cəmi 1,5%” maaş artımına zəmanət verib.
Qeyd olunub ki, tətil müştərilərin ən aktiv axınının olduğu Milad günlərinə təsadüf edir və şirkət üçün ən böyük bazarları təmsil edən şəhərlərdə baş tutacaq.