Müəllif:Ayşən İmanova/Banco.az
Argentinada yoxsulluq səviyyəsi üçüncü rübdə 52,9%-dən 38,9%-ə enib.
Banco.az xəbər verir ki, bu məlumatı ölkənin İnsan Kapitalı Nazirliyi təqdim edir.
Ölkədə yoxsulluq səviyyəsinin hesablanması metodologiyası dəqiqləşdirilməyib. Nazirliyin açıqlamasında qeyd olunur ki, gəlirlərin bölgüsü ilə bağlı Statistika İnstitutunun məlumatları nəzərə alınıb.
Argentinada yoxsulluq səviyyəsinin üç ayda 20,2%-dən 8,6%-ə düşdüyü vurğulanır. Bundan əvvəl ölkədə sentyabrda qiymət artımının 3,5% olduğu, inflyasiyanın isə ilin əvvəlindən 101,6% təşkil etdiyi bildirilirdi.
Argentina Statistika və Siyahıyaalma İnstitutunun hesabatında qeyd olunur ki, 2024-cü ilin sentyabrında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 3,5% artıb.
Qeyd olunur ki, bu, 2021-ci ilin noyabr ayından bəri ən aşağı göstəricidir, ölkədə inflyasiya isə regionda ən yüksək olaraq qalır.