Çin kredit faiz dərəcələrini sabit saxlayıb | Banco.az

Çin kredit faiz dərəcələrini sabit saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Xalq Bankı (PBOC) əsas kredit faizlərini dəyişməz olaraq saxlayıb.

Banco.az xəbər verir ki, Çin cümə günü verdiyi qərarla əsas göstərici kredit faizlərini dəyişməyib.

Qərara əsasən, bir illik kreditin əsas faiz dərəcəsi (LPR) proqnozlara uyğun olaraq 3,10 faiz səviyyəsində saxlanılarkən, beş illik faiz dərəcəsi 3,60 faiz səviyyəsində sabit qalıb.

Siyasi Büro bu ayın əvvəlində bildirmişdi ki, Çin gələn il "uyğun şəkildə elastik" pul siyasətini qəbul edəcək. Bununla da mərkəzi bankın təxminən 14 ildə ilk dəfə pul siyasətini yumşaldacağı və iqtisadi artımı təşviq etmək üçün daha proaktiv fiskal siyasət izləyəcəyini işarə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram