Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/ aparıcı mütəxəssisi
Bank “BTB” ASC Biznesin inkişafı və marketinq departamenti, Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/ aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/ aparıcı mütəxəssisi
İş barədə məlumat:
- Kredit məhsullarının rəsmiləşdirilməsi prosesini həyata keçirir;
- Müvafiq struktur bölmələri ilə birgə yeni yaradılan kredit məhsullarının rəsmiləşməsi prosesinə dair təkliflər verir;
- Bankdaxili sənədlərə əsasən səlahiyyətli şəxslər/orqanlar/qurumlar tərəfindən verilməsi təsdiqlənmiş kreditlərin Azərbaycan Respublikasının qanunvericiliyinə, eləcə də Bankın daxili qaydalarına uyğun rəsmiləşməsini təmin edir;
- Müvafiq struktur bölmələri ilə birgə kreditlərin rəsmiləşməsi prosesinin daha effektli təşkili ilə bağlı təkliflər verir;
- Müştərilərin kredit dosyelərini komplektləşdirir, sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi və bankdaxili qaydalara uyğun toplanmasını və hazırlanmasını təmin edir;
- Kredit moduluna məlumatları daxil edir;
- Girovun (ipotekanın) dövlət reyestrində qeydiyyatı üçün müraciətlər hazırlayır;
- Səlahiyyətli şəxsin, Şöbə rəhbərinin və Departament direktorunun bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
- Ali təhsil;
- MS Office proqramlarında işləmək bacarığı;
- Kollektivdə ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- Yüksək məsuliyyət hissi;
- Bankın əməkdaşlarına və müştərilərə loyal yanaşma;
- Səlis Azərbaycan dili biliyi, Rus və İngilis dili arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Biznesin inkişafı və marketinq departamenti, Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/ aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Digər vakansiyalar barədə də ətraflı məlumat üçün keçid edə bilərsiniz: