Bu ölkə müflis olmaq ərəfəsindədir | Banco.az

Bu ölkə müflis olmaq ərəfəsindədir

Müəllif:Ayşən İmanova/Banco.az

Vatikan dövləti gəlirlərin kəskin azalması səbəbindən müflis olmaq ərəfəsindədir.

Banco.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Express" qəzeti məlumat yayıb. 

Nəşrin məlumatına görə, 2023-cü ildə dövlət büdcəsinin əməliyyat kəsiri 83 milyon avro təşkil edib ki, bu da bir il əvvəlkindən 5 milyon avro çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, böhranın əsas səbəbi həm əhalidən, həm də dünya üzrə katolik kilsələrindən gələn ianələrin azalması olub. Eyni zamanda, Vatikanda turistlərin sayı hələ də pandemiyadan əvvəlki səviyyəyə çatmayıb.

Qeyd olunur ki, genişlənən maliyyə böhranı Vatikanın yaxın gələcəkdə pensiya ödəmə qabiliyyətinə təsir göstərə bilər. Hazırda Vatikan Pensiya Fondunun mənfi balansı 631 milyon avro həcmində qiymətləndirilir. Papa Fransisk artıq vəziyyətin ciddiliyini etiraf edib.