Müəllif:Ayşən İmanova/Banco.az
Avropa İttifaqı 2025-ci ildə Ukraynaya 30 milyard avro yardım göstərmək niyyətindədir.
Banco.az xəbər verir ki, bunu Avropa İttifaqının yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
O qeyd edib ki, bu vəsaitin 18,1 milyard avrosu Rusiyanın dondurulmuş aktivlərindən əldə olunacaq.
Diplomatın sözlərinə görə, bu məbləğ Avropa İttifaqının Rusiyanın hərbi əməliyyatları başlayandan bəri Ukraynaya artıq verdiyi 130 milyard avroya əlavə olaraq ayrılacaq.
Xatırladaq ki, dekabrın əvvəlində Ukrayna Aİ ilə dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin istifadəsi barədə saziş imzalayıb.