Hansı ölkələrdə "Wi-Fi" daha sürətlidir? | Banco.az

Hansı ölkələrdə "Wi-Fi" daha sürətlidir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin noyabr ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (324.46 Mbps) tutub.

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Honkonq (Çinin xüsusi inzibati rayonu) (302.04 Mbps) ikinci, Birləşmiş Ərəb Əmirlikləri (300.65 Mbps) üçüncü olub.

155 ölkə arasında sonuncu yerdə Kuba (2.93 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 92-ci (62.69 Mbps) olub. 

Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Noyabr, 2024):

  1. Sinqapur – 324.46 Mbps
  2. Honkonq (Çinin xüsusi inzibati rayonu) – 302.04 Mbps
  3. BƏƏ – 300.65 Mbps
  4. Çili – 280.02 Mbps
  5. Fransa – 267.25 Mbps
  6. ABŞ – 262.59 Mbps
  7. İslandiya – 241.45 Mbps
  8. Danimarka – 237.95 Mbps
  9. Tayland – 237.85 Mbps
  10. Rumıniya – 235.12 Mbps

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram