“Alibaba” 7 il əvvəl 2,5 milyard dollara aldığı mağazalar şəbəkəsini satır | Banco.az

“Alibaba” 7 il əvvəl 2,5 milyard dollara aldığı mağazalar şəbəkəsini satır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Alibaba” 7 il əvvəl 2,5 milyard dollara aldığı mağazalar şəbəkəsini satmağa hazırlaşır.

Banco.az xəbər verir ki, Çinin e-ticarət və texnologiya nəhəngi “Alibaba” restrukturizasiya prosesi çərçivəsində sahib olduğu mağazalar şəbəkəsi “Intime”ni satacaq.

“Alibaba”ya məxsus “South China Morning Post” qəzetinin xəbərində sözügedən şirkətin Çin tekstil və hazır geyim qrupu “Youngor”a satılacağı bildirilib.

Xəbərdə qeyd olunub ki, bu həftə ərzində tərəflərin satışı ictimaiyyətə açıqlaması gözlənilir.

Xatırladaq ki, “Alibaba” 2017-ci ildə materik Çində fəaliyyət göstərən “Intime” mağazalar şəbəkəsini 2,5 milyard dollara satın almışdı. Satınalma addımı o zaman qrupun onlayn və pərakəndə alış-veriş kanallarını birləşdirmək strategiyasının bir hissəsi kimi atılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Son bir neçə ildə texnologiya ilə əlaqəli əsas iş sahələrinə diqqət yetirmək strategiyası ilə restrukturizasiya prosesindən keçən “Alibaba” e-ticarət və texnologiya sektorlarından kənar bütün investisiyalarını dayandırmağa başlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram