Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyanın özəl sektor məşğulluğunda son 4 ildə ən sürətli azalma qeydə alınıb.
Banco.az xəbər verir ki, “S&P Global” Böyük Britaniyada dekabr ayı üzrə ilkin kompozit Satınalma Menecerləri İndeksini (PMI) açıqlayıb.
Məlumatlar göstərir ki, kompozit PMI dekabr ayında 50,5 səviyyəsində ölçülüb. Noyabrda 50,5 punkt olan bu səviyyə son 13 ayın ən aşağı aktivliyi olaraq qeydə alınıb.
Böyük Britaniyada xidmət sektorunun fəaliyyəti dekabrda noyabrdakı 50,4 punkt ilə müqayisədə artaraq 51,4 punkta çatıb.
İstehsal PMI 47,3 səviyyəsində ölçülüb ki, bu rəqəm son 11 ayın ən aşağı səviyyəsi olaraq qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!