Müəllif: Gülnar Əhmədli, Banco.az
Rusiyadan fiziki şəxslər tərəfindən cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 410 milyon 718 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə (418 milyon 692 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 829 milyon 410 min dollara bərabər olub.
Qeyd edək ki, 9 ayda Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 48,4% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!