Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin noyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 111 ölkə arasında 56,19 MB/S sürətlə 56-cı yerdə qərarlaşıb. Azərbaycan oktyabr ayı ilə müqayisədə mövqeyində 2 pillə geriləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 155 ölkə arasında 92-ci yerdə qərarlaşıb. Burada Azərbaycan 1 pillə irəliləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 62,69 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!