Niyə Kredit Həyat Sığortası əldə etməliyəm? | Banco.az

Niyə Kredit Həyat Sığortası əldə etməliyəm?

Kredit həyat sığortası kredit müraciəti zamanı könüllü olaraq təklif edilir. Kredit götürən şəxs bu üstünlükdən yararlana da bilər, üstünlükdən imtina da edə bilər.

Kredit həyat sığortasının qiyməti kredit götürən şəxsin yaşı, kreditin müddəti və məbləğindən asılı olaraq dəyişir. Və təbii ki, müştərinin ödədiyi məbləğ qarşılığında əldə edəcəyi təminat olduqca yüksəkdir.

Kredit həyat sığortası tam olaraq kredit müddətini əhatə edir. Müştərinin ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlilliyinin təyin olunması hallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır.

Kredit götürənin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında bu sığorta məhsulu çərçivəsində kredit borcunun ödənilməsi təmin edilir. Bu hallarda borcun ödənilməsi həyat sığorta şirkəti tərəfindən həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Məhsul kredit götürənin ailəsinin maddi çətinliklərlə üzləşməsinin qarşısını almaq məqsədi daşıyır. İstehlak krediti götürən şəxsin və ailəsinin maliyyə təhlükəsizliyini təmin etmək üçün olduqca faydalı məhsuldur.

Sığorta məhsulu haqqında daha ətraflı məlumat əldə etmək üçün “PAŞA Həyat Sığorta” ASC-nin çağrı mərkəzinə (942) və ya onlayn platforma üzərindən https://pasha-life.az/products/kredit-heyat-sigortasi/ müraciət edə bilərsiniz.