Rusiyanın Almaniyada 3,5 milyard avro dəyərində aktivləri dondurulub | Banco.az

Rusiyanın Almaniyada 3,5 milyard avro dəyərində aktivləri dondurulub

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniya hakimiyyəti Avropa İttifaqının sanksiyaları çərçivəsində Rusiyanın təxminən 3,5 milyard avro dəyərində aktivlərini dondurub.

Banco.az xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

“Hazırda Almaniyada 3,5 milyard avro dəyərində aktivlər Aİ-nin iki qaydalarına əsasən dondurulub və ya immobilizasiya olunub ”, - agentliyin həmsöhbəti qeyd edib. O, əlavə edib ki, bunlara "siyahıda yer alan şəxslərin və ya qurumların dondurulmuş vəsaitləri və iqtisadi resursları, eləcə də Rusiya Mərkəzi Bankının əməliyyatlara qadağa qoyulan dövlətlərdə yerləşən xarici aktivləri" daxildir. 

Ən sərfəli kredit üçün müraciət et

Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi ötən il dekabrın sonunda bildirmişdi ki, ölkə hakimiyyəti həmin ayın əvvəlinə Aİ sanksiyaları rejimi altında Rusiyanın təxminən 4,1 milyard avro dəyərində aktivlərini dondurub.