Müəllif:Ayşən İmanova/Banco.az
Beynəlxalq reytinq agentliyi “Moody's” Fransanın kredit reytinqini "Aa2"dən "Aa3"ə endirib və reytinq proqnozunu "stabil" olaraq dəyişib.
Banco.az xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, reytinqin aşağı salınması ölkənin dövlət maliyyəsinin yaxın illərdə əhəmiyyətli dərəcədə zəifləyəcəyi və siyasi bölünmələrin daha çox mənalı fiskal konsolidasiyaya mane olacağı fikrini əks etdirir.
Beynəlxalq agentlik Fransa prezidenti Emmanuel Makronun cümə günü Fransua Bayrunu ölkənin yeni baş naziri təyin etməsindən bir neçə saat sonra reytinqi aşağı salıb.
Qeyd olunub ki, növbəti üç il ərzində Fransanın dövlət maliyyəsinin oktyabrda verilən proqnozlardan daha zəif olacağı gözlənilir.
Xatırladaq ki, “Moody's” oktyabrda Fransanın kredit reytinqinin proqnozunu "stabil"dən "neqativ"ə dəyişmişdi.