Almaniyada ixrac gözləniləndən çox azalıb | Banco.az

Almaniyada ixrac gözləniləndən çox azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın ixracatındakı azalma proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı ölkənin oktyabr ayı xarici ticarət məlumatlarına görə, mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış ixrac oktyabr ayında əvvəlki aya görə 2,8 faiz azalaraq 124,6 milyard avroya düşüb.

Beləliklə, Almaniyanın ixracatı üzrə oktyabr ayında 2023-cü ilin sonundan bəri ən böyük azalma qeydə alınıb.

Ölkə ixracatının iki ay ardıcıl olaraq proqnozlardan çox azalması diqqət çəkib. Bazar proqnozları ölkənin oktyabr ayı ixracatının 2 faiz azalacağı istiqamətində idi.

Oktyabrda idxal isə 0,1 faiz azalaraq 111,2 milyard avroya düşüb. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla da, Almaniyanın mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış xarici ticarət kəsiri 13,4 milyard avro hesablanıb. 2023-cü ilin oktyabr ayında bu göstərici 18,9 milyard avro olaraq qeydə alınmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram