Müəllif:Ayşən İmanova/Banco.az
Sahibkar Ceff Bezosa məxsus onlayn pərakəndə satış şirkəti “Amazon”, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə fonduna 1 milyon dollar ianə etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, bundan əvvəl gələcək dövlət başçısının fonduna analoji məbləği Mark Zukerberqin rəhbərlik etdiyi “Meta” korporasiyası da göndərib.
Qeyd olunur ki, Bezos və texnologiya şirkətlərinin digər rəhbərləri ianələri Amerikanın yeni administrasiyası ilə münasibətləri yaxşılaşdırmaq üçün edirlər.
Eyni zamanda, gələn il yanvarın 20-də “Amazon Prime Video” axın platformasının siyasətçinin andiçmə mərasimini yayımlayacağı bildirilib. Nəşrin müəllifləri qeyd edir ki, bu jest gələcək dövlət başçısının fonduna 1 milyon dollar məbləğində növbəti ianə kimi qəbul edilə bilər.