Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyi 2023-cü ili 163 min manat xalis mənfəət başa vurub. 2022-ci ildə isə 959 min manat zərər etmişdir.
Bu barədə qurumun maliyyə hesabatında deyilir.
Ötən il “Teleradio” İstehsalat Birliyinin gəlirləri 11 milyon 188 min manat olub ki, bu da əvvəlki ilə müqayisədə 4% çoxdur.
“Teleradio” İstehsalat Birliyinin cəmi aktivləri 19 milyon 770 min manatdan 36 milyon 606 min manata, cəmi öhdəlikləri 498 min manatdan 17 milyon 171 min manata, cəmi kapitalı isə 19 milyon 271 min manatdan 19 milyon 435 min manata çatıb.
Bildirək ki, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) 22 fevral 2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.