Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu ilin noyabr ayında orta gündəlik xam neft hasilatının 483 min barel səviyyəsində olduğunu bildirib.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu ilin oktyabr ayında sutkalıq neft hasilatı isə 486 min barel təşkil edib. Sentyabrda isə bu göstərici 488 min barelə bərabər olub.
Qeyd edilib ki, birinci rübdə ölkədə gündəlik ortalama neft hasilatı 477 min barel, ikinci rübdə isə 475 min barel, üçüncü rübdə isə 486 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!