Müəllif:Ayşən İmanova/Banco.az
Avropa Komissiyası (AK) Moldovaya ölkədə islahatların aparılması üçün daha 50 milyon avro ayırıb.
Banco.az xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində bildirib.
"Bu gün biz islahatlara və iqtisadi sabitliyə dəstək üçün 50 milyon avro yardım etdik", - o qeyd edib.
AK rəhbərinin sözlərinə görə, Moldova Aİ yolunda öz ədliyyə sistemində islahatlar aparmağa çalışır.
Fon der Lyayen həmçinin vurğulayıb ki, Aİ 2025-ci ildə üzvlük danışıqlarının əsas mərhələsinin açılışını səbirsizliklə gözləyir.
Qeyd edək ki, oktyabrın 20-də Moldovada referendum keçirilib və iştirakçıların yalnız 50,4%-i Aİ-yə daxil olmaq üçün konstitusiyaya dəyişiklikləri dəstəkləyib.