İngiltərədə vakant iş yerlərinin sayı kəskin azalıb | Banco.az

İngiltərədə vakant iş yerlərinin sayı kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada iş elanları 2020-ci ilin avqustundan bəri ən böyük azalma qeydə alıb.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın İşə Qəbul və Məşğulluq Konfederasiyası və KPMG-nin məlumatına görə, daimi vəzifələrdə azalma səbəbindən iş elanları üzrə 2020-ci ilin avqustundan bəri ən böyük azalma müşahidə edib.

Qeyd edək ki, hesabat Maliyyə naziri Reyçel Rivz tərəfindən oktyabrın 30-da elan edilən 40 milyard funt sterlinq (50,9 milyard dollar) vergi artımının işə qəbulu dayandırdığına dair ən aydın siqnallardan biridir.

REC-in Baş icraçı direktoru Nil Karberi məsələ ilə bağlı belə açıqlama verib:

"Şirkətlərin işəgötürənlər üçün çətin bir büdcədən sonra noyabr ayında işə qəbul ehtiyaclarını yenidən qiymətləndirməyə vaxt ayırması heç kəsi təəccübləndirməməlidir."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram