Azərbaycana ötən ay ən çox turist bu 5 ölkədən gəlib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycana ötən ay ən çox turist bu 5 ölkədən gəlib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 2 milyon 412 min 160 nəfər turist (illik müqayisədə 27% çox) gəlib.

Banco.az Dövlət Turizm agentliyinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövründə ölkəyə gələn turist sayı 1 milyon 892 min 165 nəfər idi.

Təkcə ötən ay ölkəyə gələn turistlərin sayı isə 202 min 440 nəfər olub. Noyabrda Azərbaycana ən çox turist aşağıdakı 5 ölkədən gəlib:

Rusiya – 49.6 min

Türkiyə – 31.6 min

İran – 17 min

Hindistan – 13.2 min

Gürcüstan – 9 min

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram