Fiziki şəxslərin əmanətlərinin böyük qismi müddətli əmanətlərdir | Banco.az

Fiziki şəxslərin əmanətlərinin böyük qismi müddətli əmanətlərdir

2024-cü ilin sentyabr ayında maliyyə sektoru çıxılmaqla bankların depozit portfeli ötən ilin sonu ilə müqayisədə 3% artaraq 35.6 mlrd. manat təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, müddətli depozitlər 15.6% artaraq 13.8 mlrd. manat, tələb olunanadək depozitlərin həcmi isə 3.6% azalaraq 21.8 mlrd. manat təşkil edib.

Məlumata görə, 9 ay ərzində hüquqi şəxslərin cəmi depozitləri 0.8% azalaraq dövrün sonuna 21.5 mlrd. manat təşkil edib. Hüquqi şəxslərin depozitlərində tələb olunanadək depozitlərin payı dövrün sonunda ilin əvvəli ilə müqayisədə 2.5 faiz bəndi azalaraq 74.1% olub.

Hesabat dövründə fiziki şəxslərin cəmi əmanətləri (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri nəzərə alınmaqla) 9.4% artmaqla sentyabrın sonuna 14.2 mlrd. manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin böyük seqmenti müddətli əmanətlər olub. Müddətli əmanətlərdə ən böyük payı (49.2%) müddəti 1 ildən 5 ilə qədər olan əmanətlər təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram