Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Intel” korporasiyasının baş direktoru Pet Gelsinger istefa verib.
Banco.az xəbər verir ki, bu barədə korporasiyanın press-relizində deyilir.
“Intel” korporasiyası bu gün elan edib ki, baş direktor Pet Qelsinqer şirkəti tərk edib və 2024-cü il dekabrın 1-dən etibarən direktorlar şurasından istefa verib”, - sənəddə qeyd edilir.
Bildirilir ki, yeni baş direktor təyin olunana qədər şirkətə müvəqqəti olaraq vitse-prezident Devid Zinsner və “Intel Products”un rəhbəri Mişel Conston Holthaus rəhbərlik edəcək.
Qeyd edək ki, Qelsinqer “Intel”ə 1979-cu ildə qoşulub və 40 illik xidmətdən sonra - 2021-ci ildə korporasiyaya rəhbər təyin edilib. Baş direktor kimi o, qabaqcıl yarımkeçirici istehsalına sərmayə qoymaqla istehsal prosesinin işə salınmasına və canlandırılmasına kömək edib.