Müəllif:Ayşən İmanova/Banco.az
Gürcüstanın milli valyutası bazar ertəsi ticarətdən sonra Tbilisidə və ölkənin böyük şəhərlərində davam edən kütləvi etirazlar fonunda iyunun ortalarından bəri ən aşağı səviyyəyə düşüb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.
Bazar ertəsi ticarətin nəticələrinə görə, dekabrın 3-də larinin rəsmi məzənnəsi 2,8478 lari/1 dollar təşkil edib. Cümə günü əvvəlki ticarət sessiyasının nəticələri ilə müqayisədə larinin məzənnəsi əvvəlki iki həftə ərzində 1,7% enişdən sonra 2,4% azalıb.
Milli Bankın məlumatları göstərir ki, bu il lari üçün minimum məzənnə iyunun 14-nə (2,8693 lari/1 dollar) olub, sonra lari bu ilin oktyabrına kimi möhkəmlənib, bundan sonra Aİ və ABŞ tərəfindən tanınmayan parlament seçkilərinin hazırlığı, keçirilməsi və nəticələri fonunda zəifləməyə başlayıb.