"Unilever" sahib olduğu bəzi qida brendlərini satmağı düşünür | Banco.az

"Unilever" sahib olduğu bəzi qida brendlərini satmağı düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyanın istehlak malları nəhəngi “Unilever” bəzi qida brendlərini satmağı düşünür.

Banco.az xəbər verir ki, “Uniliver”in bir müddətdir gündəmdə olan qida bölməsində bəzi markaları satma planı şirkətin yüksək səviyyəli rəhbəri tərəfindən ictimaiyyətə açıqlanıb.

Niderlandın FD qəzetinə müsahibə verən “Unilever”in baş direktoru Hein Şumaxer ümumi satış gəliri təxminən 1 milyard avro olan qida markalarının satılacağını bildirib.

Şumaxer “Unilever”in qida biznesini sadələşdirmək üçün daha əvvəl elan etdiyi planları çərçivəsində hansı brendləri satmaq istədiyini isə dəqiqləşdirməyib.

Qeyd edək ki, dünya miqyasında 400-ə yaxın brendə ev sahibliyi edən “Unilever” ən güclü 30 markasının marketinqinəç xüsusilə də Avropada biznesini sadələşdirməyə daha çox diqqət yetirmək üçün son bir il ərzində fəaliyyətini əsaslı şəkildə yenidən qurmağa çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Mart ayında “Unilever” “Magnum” və “Ben & Jerry's” kimi markaların daxil olduğu dondurma bölməsini satışa çıxaracağını açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram