Müəllif: Tamara Mustafayeva, Banco.az
Donald Trampın prezident seçkilərində qələbə çalması ilə XRP üçüncü ən böyük kriptovalyuta olub.
Banco.az xəbər verir ki, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra XRP yüksəlişini davam etdirərək üçüncü ən böyük kriptovalyuta olub.
“Ripple” kriptovalyutası XRP-nin bazar dəyəri 100 milyard dolları üstələyib.
XRP bazar ertəsi isə təxminən 15 faiz artaraq 2.50 dollara yüksəlib.
“CoinGecko”nun məlumatlarına görə, Trampın seçkilərdə qalib gəldiyi 5 noyabrda 30 milyard dollar olan sözügedən kriptovalyutanın bazar dəyəri 137 milyard dollara çatıb. Beləliklə, XRP Tether və Solanı geridə qoyaraq üçüncü ən böyük kriptovalyuta olub.
Qeyd edək ki, Trampın seçkilərdə qalib gəlməsi kriptovalyuta bazarlarında spekulyativ həvəs dalğasına səbəb olub. Yeni prezidentin ABŞ-da rəqəmsal aktivlər üçün müsbət mühit yaratmaq vədini yerinə yetirəcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!