Müəllif:Ayşən İmanova/Banco.az
"Volkswagen" avtomobil konserninin işçiləri Almaniyada iş yerlərinin ixtisarına qarşı dekabrın 2-də tətil elan edəcəklər.
Banco.az xəbər verir ki, bu barədə "IG Metall" sənaye həmkarlar ittifaqının Aşağı Saksoniya federal torpağındakı nümayəndəsi Torsten Qröger məlumat verib.
"Bazar ertəsi bütün fabriklərdə xəbərdarlıq tətilləri olacaq", - o bildirib.
Nəşr qeyd edir ki, işçilərin nümayiş keçirməsinə mane olan müqavilənin müddəti başa çatıb.
“Biz tətilin müştərilərimizə, tərəfdaşlarımıza və sənaye zavodlarımıza təsirini minimuma endirmək istəyirik”, – şirkətdən bildirilib.
“IG Metall” və “Volkswagen” arasında danışıqların növbəti mərhələsi dekabrın 9-na planlaşdırılıb.
Xatırladaq ki, Almaniyanın "Volkswagen" avtomobil konserni qənaət tədbirləri çərçivəsində azı üç zavodunu bağlamaq və bununla da onminlərlə iş yerini ixtisar etmək niyyətindədir. Ölkədə şirkətin on zavodunda 120 minə yaxın işçi çalışır. Konsern daxilində qənaət tədbirlərinin tərəfdarları 30 minə qədər işçini ixtisar etmək istəyirlər