Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb | Banco.az

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

Bu il noyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 105,4 bənd təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı  məlumat verir.

Bu, aylıq müqayisədə 1,9 bənd, ilin əvvəlinə nisbətən 3,4 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 bənd çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Noyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 119,8 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,6 bənd çox, ilin əvvəlinə nisbətən 1,6 bənd, illik müqayisədə isə 5,3 bənd azdır.

report