Niyə yeni parolları xatırlamaqda çətinlik çəkirik? | Banco.az

Niyə yeni parolları xatırlamaqda çətinlik çəkirik?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bir çoxumuz rəqəmsal varlığımızı qorumaq üçün istifadə etdiyimiz parolları tez-tez dəyişdirmək məcburiyyətindəyik. Belə olduğu halda, yeni paroldan istifadə etməyə alışana qədər onu xatırlamaqda çətinlik çəkirik. Yeni araşdırmaya görə, müəyyən növ informasiyalar beynimizin operativ yaddaş adlandırılan yaddaş qismində saxlanılmır.

Niyə yeni parolları xatırlamaqda çətinlik çəkirik?

İnsanların yaddaşına daimi olaraq hansı məlumatın daxil olduğu aydın olmasa da, Çinin "Zhejiang" Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. 

Tədqiqat qrupu bir çox təcrübələr aparıb və aşkar edib ki, insan beynində bəzi növ məlumatların qalmasına mane olan bir mexanizm ola bilər. "Science Advances" jurnalında dərc edilən araşdırmanın nəticəsinə görə, insanlar gələcəkdə lazım olacaq məlumatdansa, diqqətdən kənarda qalan məlumatları daha çox xatırlayırlar.

Təcrübədə insanlara müxtəlif formalar göstərilib və onların arasındakı əyri xətti axtarmaq tapşırılıb, lakin maraqlı bir hadisə baş verib və insanların diqqəti dağılıb. Belə ki, görməzdən gəlinən formalar axtarılması istənilən formadan daha yaxşı yadda qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Araşdırmada deyilir ki, xüsusilə bəzi detallar və məlumatlar haqqında çox diqqətli olmalıyıq, çünki beynimiz kifayət qədər seçicidir. Beynimiz bu müvəqqəti parolları xatırlamasa da, əslində düşündüyünüzdən daha çoxunu xatırlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram