Bu ölkələr arasında viza rejimi ləğv edilir | Banco.az

Bu ölkələr arasında viza rejimi ləğv edilir

Müəllif:Ayşən İmanova/Banco.az

Tacikistan və Maldiv adaları ölkələr arasında viza rejimini ləğv edən hökumətlərarası saziş imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sənədləri Tacikistanın BMT-dəki daimi nümayəndəsi Conibek Hikmət və Maldiv adalarının BMT-dəki daimi nümayəndəsi Əli Nasir Mohamed imzalayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Artıq hər bir tərəfin vətəndaşları qarşı tərəfin ərazisində giriş, çıxış, tranzit və müvəqqəti qalmaq üçün viza tələblərindən azaddırlar. Bunun şərti 30 gündən çox olmayan qalma müddətidir.

Müqavilə qeyri-müəyyən müddətə bağlanılıb. Bu sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik vasitələrlə sonuncu yazılı bildirişin tərəflər tərəfindən alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.