Müəllif: Gülnar Əhmədli, Banco.az
"OPEC+" bazar günü (dekabrın 1-i) keçiriləcək onlayn iclası dekabrın 5-nə təxirə salıb.
Banco.az xarici mediaya istinadən xəbər verir ki, iclasda qrup dayandırılmış tədarükün canlandırılmasına davam edib-etməmək və gündə 180 min barel artıma başlayıb-başlamamaq məsələsini müzakirə edəcək.
Nümayəndələr bu həftənin əvvəlində bildiriblər ki, razılaşmanı bir neçə ay təxirə salmaq üçün danışıqlar aparılır.
Eyni zamanda qeyd edilib ki, "OPEC+" zəif qlobal neft tələbi səbəbilə hasilat artımını yenidən təxirə salmağı nəzərdən keçirə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!