Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rusiya Bankı isə 27 noyabrda dollar və avronun rəsmi məzənnələrini müvafiq olaraq 105 və 110 rubl səviyyəsinə yüksəldib.
Banco.az rus mediasına istinadən xəbər verir ki, Dövlət Dumasının İqtisadi Siyasət Komitəsi sədrinin müavini Mixail Delyagin rublun məzənnəsinin düşməsini "Rusiya Mərkəzi Bankının əsas dərəcəni artırması" ilə əlaqələndirib.
Onun sözlərinə görə, pulun süni şəkildə çatışmazlığı fonunda əsas dərəcənin artırılması yalnız qiymət artımını sürətləndirmir, həm də rublun devalvasiyasına səbəb olur. O, oxşar vəziyyətlərin 2014-cü ildə və keçən ilin ikinci yarısında da müşahidə edildiyini vurğulayıb.
Rusiya valyutasının zəifləməsinin digər səbəblərindən biri də ABŞ-nin yeni sanksiyalarıdır. Ötən həftənin sonunda ABŞ Maliyyə Nazirliyi, o cümlədən Qazprombank da daxil olmaqla, bir sıra Rusiya banklarına qarşı məhdudiyyətlər tətbiq edib.
Bundan əvvəl iqtisadçı ekspert Andrey Loboda dollar məzənnəsinin sabitliyinin vacibliyini qeyd etmişdi.
Son altı ay ərzində Rusiya rublunun məzənnəsi əhəmiyyətli dəyişikliklər göstərib. Analitiklər bunu bir neçə daxili və xarici faktorlarla əlaqələndirib.
Bu faktorlara ABŞ və Avropa İttifaqının sanksiyaları, Rusiya Mərkəzi Bankının pul siyasəti, neft və qaz qiymətlərindəki dəyişikliklər və maliyyə bazarlarında qeyri-sabitlik daxildir. Aşağıda əsas məqamları qeyd edirik: